ABŞ dövlət katibi Azərbaycan hökumətini və xalqını təbrik edib

124

ABŞ dövlət katibi Mayk Pompeo Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə əlaqədar bəyanat verib. Amerika Birləşmiş Ştatlarının hökuməti və Amerika xalqı adından Azərbaycan hökumətini və xalqını Respublika Günü münasibətilə təbrik edən Mayk Pompeo deyib ki, 100 illiyi qeyd olunan müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyəti dünyada ilk parlament respublikası, və qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən biri olub.

NUHÇIXAN-ın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır.

Mayk Pompeo iki ölkə arasında uzunmüddətli əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmləndirilməsini, təhlükəsizlik, enerji və demokratik idarəetmə sahəsində əməkdaşlığı dərinləşdirmək istədiyini qeyd edib. Bəyanatın sonunda ABŞ-ın dövlət katibi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına sadiq qaldığını və tərəfləri intensiv danışıqları mümkün qədər tez zamanda dirçəltməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: