ABŞ-dan sonra Qvatemala da Qüdsdə səfirliyini açıb

141

Mayın 16-da – ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən iki gün sonra bu şəhərdə Qvatemala səfirliyinin açılış mərasimi baş tutub.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Qüdsün qərb hissəsində yerləşən yeni səfirliyin açılış mərasimində İsrailin Baş naziri Binyamin Netanyahu və Qvatemala Prezidenti Cimmi Morales iştirak ediblər. Mərasim zamanı Netanyahu Qvatemalanın 70 il bundan öncə ABŞ-dan sonra İsraili müstəqil dövlət kimi tanıyan ikinci ölkə olduğunu qeyd edib.

Xatırladaq ki, mayın 14-də Qüdsdə ABŞ-ın yeni səfirliyinin açılış mərasimi keçirilib. Mərasimin vaxtı işğal olunmuş Fələstin torpaqlarında İsrail dövlətinin qurulmasının ildönümü gününə salınıb. Həmin gün Qəzza sektorunun sərhədi boyu fələstinlilərin miqyaslı etiraz aksiyaları başlayıb. İsrail ordusunun etirazçılara atəş açması nəticəsində 60 nəfərdən çox fələstinli həlak olub, 2 minədək insan yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: