ABŞ-da dünyanın ən nəhəng atom gəmisi 1 milyard dollara utilizasiya ediləcək

187

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “Enterprise” atom aviadaşıyıcı gəmisinin utilizasiyası bir milyard dollara başa gələcək.

NUHÇIXAN xəbər verir ki, bu, ABŞ Konqeresinin nəzarət-təftiş orqanı olan Baş Nəzarət İdarəsinin hesabatında bildirilib.

Bu gəmi ABŞ-ın Hərbi Dəniz Qüvvələrində 50 ildən çox xidmət edib.

“Enterprise” 2017-ci ilin fevralında Hərbi Dəniz Qüvvələrinin sıralarından çıxarılıb. Onun uzunluğu 342 metrdir. Bu, dünyanın ən nəhəng gəmisi olub. 1961-ci ildə suya buraxılıb. Sonuncu dəfə 2012-ci ildə döyüş tapşırığını yerinə yetirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: