ABŞ-da 11 sentyabr terror aktlarının 17-ci ildönümü qeyd edilir

147

NUHÇIXAN xəbər verir ki, ABŞ-da 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda və Vaşinqtonda törədilmiş terror aktlarının 17-ci ildönümü qeyd edilir. Sentyabrın 11-də bu terror qurbanlarının xatirəsini yad etmək üçün Prezident Donald Tramp və birinci xanım Melania Tramp Pensilvaniya ştatının Şenksvil şəhərinə səfər ediblər. Şenksvil mərasiminə “Səslər qülləsi” adlanan, uzunluğu 28 metrlik monumentin səslənməsi də daxil olunub. Bu abidə Şenksvildə terror qurbanlarının hər birinə həsr olunmuş özünəməxsus külək səsləri ilə təchiz edilib.

17 il bundan əvvəl səhər saat 8:46-da birinci təyyarə (“American Airlines” aviaşirkətinin 11 nömrəli reysi) Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpılıb. Bu hadisədən 16 dəqiqə sonra ikinci təyyarə (“United Airlines” aviaşirkətinin 175 nömrəli reysi) həmin mərkəzin cənub qülləsinə çırpılıb. Məlum olduğu kimi, 93 nömrəli reys Şenksvil yaxınlığında yerə çırpılıb. Ehtimal edilir ki, bu hadisə terrorçularla təyyarəyə nəzarəti əldə saxlamağa cəhd göstərən sərnişinlər və heyət üzvləri arasında mübarizə nəticəsində baş verib.

Pentaqon Memorialında keçirilən qapalı tədbirdə ABŞ-ın vitse-prezidenti Mayk Pense də xanımı ilə birlikdə iştirak edib. Bu, 11 sentyabr terror hücumlarının qurbanlarına həsr edilmiş ilk memorial parkdır. Məlum olduğu kimi, 77 nömrəli reys 2001-ci il sentyabrın 11-də səhər saat 9:37-də Pentaqonun binasına çırpılıb, nəticədə təyyarədəki sərnişinlər və Pentaqonun işçiləri də daxil olmaqla 184 nəfər həlak olub (ümumiyyətlə 11 sentyabr terror hücumları nəticəsində 2977 nəfər və daha 19 terrorçu həlak olub). Faciə qurbanlarına həsr olunmuş memorialın tikintisi 2006-cı ildə başlanıb və 2008-ci ildə başa çatdırılıb. Pentaqon Memorialına hər il 250 minə qədər turist gəlir. Park həftənin bütün günləri açıqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: