ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri dayandırıb

182

ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb.

NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.

Məlumata əsasən, söhbət “Freedom Guardian” təlimi və hərbi-dəniz mübadiləsi proqramından gedir. Bundan əvvəl Cənubi Koreya və ABŞ avqustda keçirilməsi nəzərdə tutulan “Ulchi Freedom Guardian” hərbi təlimləri üzrə bütün tədbirlərin təxirə salınması barədə bildirilmişdi.

Qeyd edək ki, Sinqapur sammitindən sonra ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: