“A.S.Qriboyedov: şair-diplomat” kitabı oxunması zəruri olan kitabların siyahısına daxil edilib

171

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Publisist-politoloq Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 500 nüsxə nəşr olunaraq Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin tabeliyində olan kitabxanalara, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinə, Naxçıvan Muxtar Respublika Kitabxanasına, elm, ali və orta ixtisas təhsili müəssisələrinin kitabxanalarına göndərilmişdir.

Xalqımızın tarixi üçün əhəmiyyətli olan bir sıra mühüm məqamların göstərilməsi, eləcə də gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq “A.S.Qriboyedov: şair-diplomat” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na əlavə edilmişdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: