85 məktəbli göz xəstəliklərinin profilaktikası və müalicəsinə cəlb olundu

222

Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Ə. Əliyev adına Naxçıvan Muxtar Respublikası  Mərkəzi Uşaq Xəstəxanası Şərur Rayon Mərkəzi Xəstəxanasında humanitar  aksiya keçirib. Bu məqsədlə yaradılan briqadanı yüksəkixtisaslı həkimlər təmsil edib.

NUHÇIXAN xəbər verir ki, səyyar aksiyada yerli tibb işçiləri ilə birgə  40 uşaq tibbi müayinədən keçirilib. Həkimlər tərəfindən  görmə orqanının xəstəliklərinin diaqnostika və  müalicəsi aparılıb. Dərin müayinələrə ehtiyacı olan 3 nəfər Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunub.

Məktəbyaşlı uşaqlar arasında mütəmadi olaraq həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alsaq  müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.

Aksiya iyunun 1-də Mərkəzi Uşaq Xəstəxanasında Naxçıvan şəhərindən dəvət olunmuş məktəblilər arasında davam etdirilib. Aztəminatlı ailələrdən olan 45 uşaq göz xəstəliklərinin profilaktikası və müalicəsinə cəlb olunub.

                                                                                 Hüseyn Əsgərov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: