Naxçıvanda Əlillərin Bərpa Mərkəzinə yeni avadanlıqlar təqdim olundu

324

1 iyun Uşaqları Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Naxçıvan şəhər Uşaq Bərpa Mərkəzinə və Əlillərin Bərpa Mərkəzinə tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov tədbirdə vurğuluyub ki, bu gün Naxçıvan Muxtar Respublikasında məhdud fiziki imkanlı şəxslərə dövlət qayğısı var. Qayğıya ehtiyacı olan şəxslərin vaxtlı vaxtında müalicəsi, sosial reabilitasiyası istiqamətində uğurlu işlər aparılır, onlar üçün hərtərəfli şərait yaradılır.

Valideyinlər adından çıxış edən Eldəniz Əliyev yaradılan şəraitə görə minnətdarlığını bildirib. Tədbirdə məhdud fiziki imkanlı uşaqlara hədiyələrdə təqdim olunub.

Sonra yeni atraksiyonlar və əyləncə qurğuları uşaqların istifadəsinə verilib. Bu qurğular Uşaq Bərpa Mərkəzinin həyətində uşaqların istirahəti və idmanla məşğul olması məqsədilə quraşdırılıb.

Uşaq Bərpa Mərkəzində məhdud fiziki imkanlı uşaqların parafinlə müəlicəsinin effektini artırmaq üçün “Mevziziya Hamamı”da yenidən qurulub, müasir avadanlıqlar alınıb. 18 yaşından yuxarı məhdud fiziki imkanlı şəxslərin müalicə aldığı Əlillərin Bərpa Mərkəzinə də yeni avadanlıqlar quraşdırılıb. Fizoterapiya otağına dayaq-hərəkət sistemlərinin və sümük əzələ sistemlərinin müalicəsində istifadə olunan “Hotbak” və venalarda, limfa sistemlərində yaranan şişkinlikləri aradan qaldıran “Limfa drenaj” cihazları quraşdırılıb. Yeni yaradılan “Şorsu palçıq müalicəsi və Darıdağ Arsenli su vannası” otağında xəstələr Darıdağ suyu vasitəsi ilə müalicə ala bilərlər.

Məhdud fiziki imkanlı şəxslərin asudə vaxtları üçün erqoterapiya otağı və istirahət güşəsi də yaradılıb. Burda xəstələr üçün kitab oxumaq, şahmat oynamaq və müxtəlif əl işləri hazırlamaq üçün şərait var.

Mətin Abbaslı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: