Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə!

187

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qəbul olmaq istəyən bakalavrlar 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarının əvəzinə qabiliyyət imtahanı verəcəklər.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının birinci mərhələsinin müsabiqə şərtini ödəmiş, mayın 7‑dən 17-dək keçirilən proqram seçimi zamanı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarını seçmiş bakalavrlar iyunun 1-dən 5-dək DİM-in internet saytına daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər. Onlar iyunun 6-dan 8-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyətini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət intahanına buraxılış vərəqəsi”ni gətirməlidirlər. Musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər yuxarıdakı sənədlərlə yanaşı, musiqi ixtisaslaşmaları üzrə doldurulmuş proqram formasını da unutmamalıdırlar.

İmtahanlar DİM-in təşkil etdiyi qabiliyyət imtahanı komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: