Naxçıvanda narkotik qaçaqmalçılığı üzrə daha bir fakt aşkarlanıb

1. 844

Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki,  faktla bağlı araşdırma zamanı Azərbaycan Respublikası vətəndaşı, 1984-cü ildə Lənkəran şəhərində doğulmuş Bakı şəhər sakini Həmidoğlu Taleh Əli oğlu əldə etdiyi narkotik vasitəni Naxçıvana gətirmək və buradan da hava yolu ilə Bakıya aparmaq istəyib.

O, narkotik vasitəni gömrük nəzarətindən gizlin keçirməkdən ötrü öz bədən üzvlərində – mədə və düz bağırsaqda gizlədib. Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqindən keçən zaman gömrük əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq  şəxsi yoxlamaya cəlb olunub. Onun bədən üzvlərindən 71 bükümdə ümumi çəkisi 178,9 qram olan narkotik vasitə –  heroin və 15 bükümdə ümumi çəkisi 14 qram metamfetamin aşkarlanaraq götürülüb. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin”in I Siyahısına daxil edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: