Vali Tomas-Hermes: Azərbaycanı zəngin incəsənəti sayəsində tanımışam

119

Azərbaycanın milli bayramında artıq 6-cı dəfədir iştirak edirəm. Həmişə bu bayramlar yüksək səviyyədə qeyd olunur. Azərbaycanı zəngin incəsənəti sayəsində, daha dəqiq desəm, Parisdə təşkil olunmuş “Bakıya uçuş” (“Fly to Baku”) sərgisi vasitəsi ilə tanımışam. Sərgi Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirirdi.

NUHÇIXAN xəbər verir ki, bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Parisdə keçirilən tədbirdə kolleksioner və mesenat Vali Tomas-Hermes deyib.

Qeyd edib ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkil etdiyi bütün tədbirlərdə, xüsusilə də mədəniyyət tədbirlərində iştirak edir.

Kolleksioner Əməkdar Rəssam Adil Rüstəmovun əsərlərindən ibarət sərgidə nümayiş olunan əsərlərin son dərəcə maraqlı və gözəl olduğunu vurğulayıb. “Əsərlərdən biri mənim diqqətimi xüsusilə cəlb etdi. Müharibə səhnəsi olan əsər Xocalı soyqırımını əks etdirirdi. Rəssamı tanımıram, onunla rastlaşmamışam. Adətən, rəssamları daha çox əsərləri vasitəsi ilə tanımağa üstünlük verirəm. Fonu qızıllı rəngdə olan əsəri görən kimi o, mənə Xocalı qırğınını xatırlatdı”, – deyə Vali Tomas-Hermes bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: