Azərbaycan XİN ermənilərin Füzuli rayonunda kombayn sürücüsünə atəş açmasına münasibət bildirib

150

”Mayın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı və onun sürücüsünü atıcı silahlardan atəşə tutmasını kəskin şəkildə pisləyir və Ermənistanın növbəti təxribatı kimi qiymətləndiririk. Təyinatına, ölçülərinə və xarici görünüşünə görə əkin sahəsində fəaliyyət göstərən kombaynı ayrıd etmək çox asandır. Lakin, aydın şəkildə görünür ki, Ermənistan silahlı qüvvələrinin məqsədi sözügüdən mülki obyektə qarşı hədəflənmiş hücum aktı olub”.

 NUHÇIXAN-ın məlumatına görə, bunu XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

”Ermənistan tərəfindən qoşunların təmas xəttində təxribatlar törətmək məqsədilə qəsdən mülki insanların, o cümlədən azyaşlı uşaqların və mülki obyektlərin hədəfə alınması sistematik xarakter daşıyır. Bu son hadisə də bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunu davam etdirməsinə və Azərbaycanın ərazilərinin işğal altında saxlanmasına əsaslanan status-kvo qəbuledilməzdir və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”, – deyə o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: