Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
M.Boçarnikov 7 fevral 2018-ci il tarixinədək Rusiyanın Qazaxıstandakı səfiri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, 2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib.