Naxçıvanda 16 min 641 daşınmaz əmlak plana alınıb

626

Naxçıvan Şəhər İcra Hakimiyyətində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan  müşavirə keçirilib.

NUHÇIXAN xəbər verir ki, müşavirədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə bu istiqamətdə görülən işlər barədə danışıblar. Vurğulanıb ki, 2017-ci ilin mart ayından  2018-ci ilin aprel ayınadək Naxçıvan şəhərində, şəhərətrafı qəsəbə və kəndlərdə ümumilikdə 16 min 641 daşınmaz əmlak obyekti elektron taxeometr vasitəsilə plana alınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq  2020-ci ilədək muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə  torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcək. Dövlət orqanları tərəfindən aparılan torpaqlarla bağlı aparılan monitorinqlərin nəticələri də həmin sistemə daxil ediləcək. Müşavirədə  torpaqların çirkləndirilməsi və torpaqlardan qanunsuz istifadə edilməsinə görə tətbiq olunan cərimələr barədə də ətraflı məlumat verilib.

                                                                                      Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: