Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat başa çatır

156

DİM Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya imtahanda iştirak etməyən rus bölməsi abituriyentlərinə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən (1-27 mart tarixlərində elektron ərizəsini təsdiq etmiş), lakin aprelin 22-də keçirilən Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət  alan və ya imtahanda iştirak etməyən abituriyentlər günün sonunadək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri də (22 aprel 2018-ci il tarixində keçirilmiş “Azərbaycan dili” imtahanından “qeyri-məqbul” qiymət alan və ya imtahanda iştirak etməyən) ikinci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: