Bu gün futbol üzrə Azərbaycan yığması yoldaşlıq oyununu keçirəcək

252

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.

NUHÇIXAN-ın məlumatına görə, rəqib Qırğızıstan yığması olacaq. Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq qarşılaşmaya türkiyəli Ali Payabıkın rəhbərlik etdiyi hakimlər briqadası təyinat alıb.

Bu, Azərbaycan millisinin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü yoldaşlıq görüşü olacaq. Əvvəlki qarşılaşmalarında Türkiyənin Antalya bölgəsində Moldova ilə 0:0, Makedoniya ilə 1:1 hesablı heç-heçə edən yığma martın 23-də BOS-da Belarusa uduzub – 0:1. Qurbanovun millidə ilk qələbəsi məhz bugünkü matça təsadüf edə bilər.

Lakin FİFA-nın son reytinq siyahısındakı vəziyyət Qırğızıstanın səviyyəcə daha üstün olduğunu göstərir. Asiyalılar 424 xalla 75-cidirsə, Azərbaycan 245 xalla 126-cıdır.

Qurbanov milliyə dəvət etdiyi 27 futbolçunun 6-dan bugünkü görüşdə yararlana bilməyəcək. Bu, “Qəbələ”dən Cavid Hüseynov, Təmkin Xəlilzadə və İlqar Qurbanovun, “Keşlə”dən Kamran Ağayev və Slavik Alxasovun ötən gün Azərbaycan Kubokunun final matçında iştirakları, “Qarabağ”dan ayrılan Riçard Almeydanın isə zədəli olması ilə əlaqədardır. Onlar iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya ilə səfər oyunlarında çıxış edə biləcəklər.

29 may

Yoldaşlıq görüşü

20:00. Azərbaycan – Qırğızıstan

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy

Bakı Olimpiya Stadionu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: