Milli Məclisin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak edib

108

Mayın 26-da Tbilisidə Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbiri keçirilib.

Bayram münasibətilə Tbilisinin mərkəzi küçə və meydanları al bayraqlarla bəzədilib, Rustaveli prospektində yarmarka və əyləncəli proqramlar təşkil olunub.

Bayram tədbirləri paytaxt Tbilisi ilə yanaşı, Batumi, Kutaisi, Rustavi, habelə azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda və digər rayonlarda da qeyd olunub.

NUHÇIXAN xəbər verir ki, yubiley tədbirində iştirak etmək üçün 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Ramiz Həsənov Gürcüstana gəliblər.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili səhər saatlarında yubiley tədbirində iştirak etmək üçün bu ölkəyə gələn nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Sonra qonaqlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gənc əsgərlərin andiçmə mərasimində iştirak ediblər.

Burada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze, müdafiə naziri Levan İzoria, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker çıxış edib, gürcü xalqını bayram münasibətilə təbrik ediblər.

Qeyd edək ki, 26 may – Müstəqillik Günü Gürcüstanda 1991-ci ildən qeyd olunur. Gürcüstan Demokratik Respublikası ilk dəfə 1918-ci il mayın 26-da Noe Jordaniya tərəfindən elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: