“Real”-“Liverpul” oyunu ilə əlaqədar 10 mindən artıq polis təhlükəsizlik tədbirlərinə cəlb olunub

127

UEFA Çempionlar Liqasının bu gün Kiyevdə keçiriləcək final oyunu ilə əlaqədar Ukrayna Daxili İşlər Nazirliyinin 10 mindən artıq əməkdaşı paytaxtda təhlükəsizlik tədbirlərinə cəlb edilib.

Bu barədə  NUHÇIXAN-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, son bir sutkada Kiyevdə azarkeşlər arasında elə də ciddi insident yaşanmayıb. Səhər saatlarında yalnız tələbələr arasında insident yaşanıb və polislər dərhal vəziyyəti nəzarətə alıblar.

Bundan başqa, paytaxt metrosunun 5 stansiyasında bombanın qoyulması barədə məlumat yoxlanılıb. Nəticədə həmin məlumatların yalan olduğu müəyyənləşib.

Ukraynanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə isə, son bir sutkada 18 mindən artıq azarkeş qəbul edilib. Səkkiz nəfər Ukraynanın qanunvericiliyini pozduğu üçün ölkəyə buraxılmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: