“Heydər Əliyev kuboku” uğrunda basketbol yarışının qalibi məlum olub

128

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev kuboku” uğrunda basketbol üzrə yeniyetmə oğlanlar arasında muxtar respublika turnirinə yekun vurulub.

Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən və 2 gün davam edən turnirdə muxtar respublikanın dörd ən güclü kollektivi mübarizə aparıb. Dairəvi sistem üzrə keçirilən turnirin son oyununda rəqiblərinə nisbətən daha çox xal toplayan “Naxçıvan” və “Ordubad” komandaları qarşılaşıblar. Həlledici görüşdə “Naxçıvan” komandası rəqibinə 56-49 hesabı ilə qalib gəib. “Naxçıvan” komandası bununla da turnirin birincisi olub. “Ordubad” komandası ikinci, “Babək” komandası isə “Şərur” təmsilçisini 30-12 hesabı ilə məğlub edərək, üçüncü yerin sahibi olub.

 Qalib gələn komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Turnirin kuboku  qalib “Naxçıvan” komandasına təqdim olunub.

     Elvin Quliyev

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: