Prezident Naxçıvanlı sahibkarları təltif etdi - SƏRƏNCAM

3. 258

Prezident İlham Əliyev may ayının 24-də Azərbaycanda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında  sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə,  Fərzəliyev Hüseyn Həbib oğlu, Rəhimov Seyfəddin Rəhman oğlu, Abdinov Rövşən Möhsün oğlu “Tərəqqi” medalı ilə, Kərimov Əlövsət Həşim oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: