“Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsə çevrildi - SƏRƏNCAM

2. 733

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 24-də Naxçıvan Muxtar Respublikasının Diaqnostika –Müalicə Mərkəzinə publik hüquqi şəxs statusu verilməsi ilə bağlı sərəncam imzalayıb.

NUHÇIXAN-nın məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Naxçıvan Muxtar Respublikasının Diaqnostika-Müalicə Mərkəzinə publik hüquqi şəxs statusu verilsin.

2.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini      təsdiq etsin.

3.Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər

4.Bu Sərəncam 2018-ci il iyunun 1-dən qüvvəyə minir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: