Ali Məclisin Sədri sərəncam imzaladı

3. 239

Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin əsasında “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs yaradılsın.

2.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin;

2.2. Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin istifadəsində olan əmlak və avadanlıqların bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin balansına verilməsini təmin etsin.

3.Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsün.”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: