Nazir: Azyaşlı şagirdlərin yükü azaldılacaq, summativlərdə dəyişiklik ediləcək

255

Gələn tədris ilindən Azərbaycanda orta məktəblərdə azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu ilə birlikdə bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır:

“Düşünürəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: