ATƏT PA-nın vitse-prezidenti: assambleyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq

140

ATƏT hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə məşğul olan və vasitəçilik missiyası həyata keçirən yeganə təşkilatdır. Ancaq problemin həlli istiqamətində görülən işlərin heç bir nəticəsi yoxdur. Ona görə də ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni yenə qaldıracağıq.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qeyd edib ki, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlar Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: