“Azəri” komandası futzal üzrə “Yaz turniri”nin qalibi olub
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri”nə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, “Azəri” komandasının çempion olduğu turnirdə sonrakı yerləri müvafiq olaraq “Şimşək” və “Zirvə” kollektivləri tutublar.
“Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, “Zirvə”dən Şövkət Əskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib qapılarından 22 top keçirən “Şimşək” komandasının üzvü Ülvi Fərəcli turnirin ən məhsuldar oyunçusu olub.