“Sərhəd” hərbi-idman oyununun zona birinciliyi başa çatıb

123

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasındakı tam orta məktəblərin komandaları arasında keçirilən “Sərhəd” hərbi-idman oyununun muxtar respublika üzrə zona birinciliyi başa çatıb.

Hərbi-idman  oyunu “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilib. Oyun “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında baş tutub.

8 komandanın iştirak etdiyi hərbi-idman oyununda komandalar sıra hazırlığı, avtomatın sökülməsi və yığılması, süni nəzarət zolağının yaradılması, maskalanma,  kəndirin dartılması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi, maneələrin dəf olunması və sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili mərhələləri üzrə öz qüvvələrini sınayıblar.

Yekun nəticəyə əsasən, Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbin komandası zona birinciliyinin qalibi, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin təmsilçiləri ikinci, Ordubad rayon İnternat tam orta məktəbin komandası isə 3-cü yerin sahibi olub.

Qalib komandalara təşkilatçıların diplom, medal, kubok və hədiyyələri təqdim olunub.

Qeyd edək ki, 1-ci yerin qalibi olan Nehrəm kənd 2 nömrəli tam orta məktəbin komandası ölkə birinciliyində Muxtar Respublikamızı təmsil edəcək.

                                                                                                                                            Elvir Qasımzadə

NUHÇIXAN

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: