Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü - YENİLƏNİB

70

Mayın 21-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

NUHÇIXAN xəbər verir ki, prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq.

Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var.

Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün Sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaqdır.

Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir və əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək.

Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər zaman əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir. Bir daha xoş gəlmisiniz.

X X X

Serbiya Prezidenti Aleksandr VUÇİÇ dedi:

-Hörmətli cənab Prezident.

İlk növbədə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik edirəm və Azərbaycan xalqına firavanlıq arzulayıram. Eyni zamanda, Sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə də təbrik etmək istəyirəm.

Sizi əmin edirəm ki, Serbiya Azərbaycan üçün dost ölkədir. Biz burada – Azərbaycanda, Bakı şəhərində özümüzü ən yaxın dostlarımızın evində hiss edirik.

Cənab Prezident, mən Sizin fəaliyyətinizə xüsusilə böyük önəm verirəm. Siz çox böyük səylər göstərirsiniz ki, ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlayasınız. Çünki hazırki çox gərgin bir şəraitdə Siz ölkənizi firavanlıq yolu ilə irəli aparırsınız. Bununla yanaşı, Sizin siyasətinizi dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlər qurmusunuz. Bu, olduqca çətin bir məsələdir. Biz Serbiya olaraq bu siyasətə böyük önəm verir və hörmət bəsləyirik.

Hesab edirəm ki, bizim birgə görəcəyimiz işlər kifayət qədərdir. Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni zamanda, bizim də burada görə biləcəyimiz işlər çoxdur. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər.

Məlumat vermək istərdim ki, bu il bizim iqtisadi artımımız 4,5 faizə bərabər olmuşdur. Məndə olan məlumata görə, Sizin də qeyri-neft sektorunda 3 faiz artım olmuşdur. Bu münasibətlə də Sizi səmimi qəlbdən təbrik edirəm.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: