Çempionlar Liqasının final oyunu zamanı təhlükəsizliyi 10 min polis qoruyacaq

100

Kiyev polisi mayın 26-da “Olimpiya” stadionunda keçiriləcək UEFA Çempionlar Liqası finalının astanasında gücləndirilmiş iş rejiminə keçib.

NUHÇIXAN NewsOne telekanalına istinadla xəbər verir ki, həmin gün Ukrayna paytaxtının küçələrində asayişi azı 10 min polis təmin edəcək. Polis qüvvələrindən əlavə, Ukrayna Milli Qvardiyasının döyüşçüləri, həmçinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları da şəhərdə təhlükəsizliyin təmin edilməsinə çəlb ounacaqlar.

Finalın bilavasitə iştirakçıları – “Real” və “Liverpul” klublarını isə UEFA-nın Təhlükəsizlik Xidməti və milli polis dəstələri qoruyacaq.

Qeyd edək ki, Ukrayna hökuməti Kiyevdə keçiriləcək futbol üzrə Çempionlar Liqasının finalına 50 minə yaxın qonağın gələcəyini gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: