Yaponiyanın “Japan Airlines” hava şirkətinə məxsus “Boeing 767” sərnişin təyyarəsi Tokio-Honkonq reysini həyata keçirən zaman yanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, bu səbəbdən təyyarədəki 137 nəfər dərhal təxliyyə edilib. Onlardan 3-ü tüstüdən zəhərlənib. Zərərçəkənlərə tibbi yardım göstərilib.
İlkin məlumata görə, yanğın təyyarənin köməkçi blokunda baş verib.