Prezident İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu göndərib.
NUHÇIXAN-ın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm”.