Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, yarışda ölkəmiz 10 samboçu ilə təmsil olunur.
Çempionatın ilk günündə Azərbaycan millisi iki medal qazanıb. Belə ki, sambo yarışlarında Emil Həsənov, döyüş sambosunda isə Nəbi Məmmədov (100 kq) yarışı üçüncü pillədə başa vurublar.
Millimiz çempionatda Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında yarışır.