Rusiya Prezidenti Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib

99

Rusiya Prezidenti Vladimir Putin hökumətin baş nazir Dmitri Medvedev tərəfindən təqdim olunan yeni tərkibini təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, yeni kabinetdə bir sıra dəyişikliklər baş verib. Məsələn, birinci vitse-premyer – maliyyə naziri vəzifəsi yaradılıb, Təhsil və Elm Nazirliyi Maarif Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi kimi iki quruma bölünüb, Rabitə Nazirliyinin adı dəyişilərək Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi adlandırılıb.

Birinci vitse-premyer vəzifəsi Anton Silunova həvalə edilib. Onun kurasiyasına maliyyə-iqtisadiyyat sahəsi daxildir. Baş nazirin digər müavinləri Tatyana Qolikova, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, Yuri Borisov, Olqa Qolodets, Maksim Akimov, Yuliya Trutnyova və Konstantin Çuyçenko təyin ediliblər.

Xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, mədəniyyət naziri Vladimir Medinski, ədliyyə naziri Aleksandr Konovalov, səhiyyə naziri Veronika Skvortsova, müdafiə naziri Sergey Şoyqu, sənaye və ticarət naziri Denis Manturov, idman naziri Pavel Kolobkov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, əmək və əhalinin sisial müdafiəsi naziri Maksim Topilin, energetika naziri Aleksandr Novak vəzifələrində qalıblar.

Bir neçə nazirliyə yeni rəhbərlər təyin edilib. Yevgeni Ziniçev fövqəladə hallar naziri, Dmitri Patruşev kənd təsərrüfatı naziri, Vladimir Yakuşev tikinti və mənzil-kommunal təsərrüfatı naziri, Dmitri Kobılkin təbii ehtiyatlar və ekologiya naziri, Yevgeni Ditrix nəqliyyat naziri, Aleksandr Kozlov Uzaq Şərqin inkişafı naziri təyin olunub. Maarif Nazirliyinə Olqa Vasilyeva, Elm və Ali Təhsil Nazirliyinə Mixail Kotyukov, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinə Konstantin Noskov rəhbərlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: