İranda ilk üzən günəş elektrik stansiyası (GES) qurulur.
NUHÇIXAN xəbər verir ki, İranın cənub-şərqində yerləşən Sistan və Belocistan əyalətlərində quraşdırılacaq stansiya 7 meqavat gücə malik olacaq. Zahak şəhərində inşa ediləcək GES 14 hektar ərazini əhatə edəcək. Stansiyanın tikintisi üçün 8,5 milyon avro ayrılıb.
Hazırda 400 meqavat olan İranın günəş və külək enerjisi üzrə generasiya gücünün ilin sonuna 1400 meqavata çatması gözlənilir. Qarşıdakı 5 il ərzində isə İran bərpaolunan enerji qurğularının gücünü 5 min meqavata yüksəltməyi hədəfləyir.
İranın elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı 6 faizdir. Ölkədə elektrik enerjisinin 90 faizi təbii qazdan alınır.