Azərbaycanın qadın güləşçisi hərbçilər arasında dünya çempionatında qızıl medal qazanıb

122

Azərbaycan idmançısı Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə qızıl medal qazanıb.

NUHÇIXAN-ın məlumatına görə, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən çempionatda güləşin sərbəst növündə qadınlar arasında 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək dünya çempionu adına layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: