Yerevanda Nikol Paşinyana qarşı etiraz aksiyaları başlayıb

188

Ermənistanda “Sasna Srer” qruplaşmasının tərəfdarları Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarına başlayıblar.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Arşakunyas prospektini bağlayan etirazçılar qrupun lideri Jirayr Səfilyanın və üzvlərinin həbsdən azad olunmasını tələb edirlər.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Serj Sarkisyanın prezidentliyi dövründə həbs olunan qrup üzvlərinin azadlığa buraxılması məsələsinə soyuq münasibət bildirib. O, hətta qeyd edib ki, kimsə bunu ondan gözləyirsə, yanılır.

Paşinyanın bu açıqlamasından sonra “Sasna Srer”in tərəfdarları İrəvan məhkəməsinin binasını mühasirəyə alaraq yolları bağlayıblar.

Aksiyaya rəhbərlik edən Pavel Yeqiazaryan bəyan edib ki, məhkəmə müsbət qərar çıxarana qədər binanın mühasirəsini davam etdirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: