Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 2-də “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Naxcivantv.az-ın məlumatına görə, Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq rəsmi statistikanın inkişaf etdirilməsi və statistika sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin”.
Dövlət Proqramının tam mətni “Şərq qapısı” qəzetnin sabahki nömrəsində dərc ediləcək.