Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
NUHÇIXAN xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar bahalaşaraq 79,28 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 78,24 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 71,16 dollar təşkil edib.