Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
NUHÇIXAN xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
“Sizə uğurlar arzulayıram. Ümid edirəm ki, münasibətlərimiz əvvəlki kimi inkişaf edəcək”, – Rusiya prezidenti vurğulayıb.
Nikol Paşinyan, öz növbəsində, Rusiya-Ermənistan müttəfiqliyinin davam edəcəyinə əmin olduğunu bildirib.
O qeyd edib ki, yeni hakimiyyət ikitərəfli münasibətlərə təkan verəcək.