İran xarici işlər naziri rusiyalı həmkarı ilə görüşüb

61

Moskvada Rusiya xarici işlər nazirinin vəzifəsini yerinə yetirən Sergey Lavrov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında danışıqlar olub.

NUHÇIXAN xəbər verir ki, S.Lavrov İranın nüvə proqramına dair Birgə Ümumi Fəaliyyət Planı (BÜFP) ətrafında böhranlı vəziyyətin yarandığını, ABŞ-ın bu sazişdən çıxmasından sonra Çin, İran, Rusiya və Avropa İttifaqı ilə birlikdə regionda sabitliyin qorunması üçün yollar axtarılacağını bildirib.

İranın xarici işlər naziri qeyd edib ki, ABŞ-ın bu sazişi tərk etməsindən sonra BÜFP-nin üzvü olan digər ölkələrlə müzakirələr aparmaq üçün müəyyən vaxt tələb olunur. O, həmçinin Çinin xarici işlər naziri Van İ ilə danışıqlarının nəticələrini müsbət qiymətləndirib.

Xatırladaq ki, Məhəmməd Cavad Zərif İranın nüvə proqramı üzrə BÜFP-yə daxil olan ölkələrlə məsləhətləşmələr aparmaq üçün sazişin üzvü olan ölkələrə səfər edir. Rusiyadan əvvəl o, Çində olub. Növbəti danışıqların Brüsseldə keçiriləcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: