Sədərəkli gənclər Culfa abidələri ilə tanış olublar

75

NUHÇIXAN xəbər verir ki, Sədərək rayon gəncləri Culfa rayonunda yerləşən “Əlincəqala” tarixi abidəsi və Xanəgah abidə kompleksində olublar.

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində onlar muzeyin eksponatları ilə tanış olublar .

Gənclər qalanın zirvəsinə qalxıb, burada xatirə şəkli çəkdiriblər.

Ekskursiya iştirakçıları daha sonra Xanəgah abidə kompleksini ziyarət ediblər. XII-XV əsrlərə aid edilən bu abidə kompleksində onlara məlumat verilib ki, hürufilik təliminin banilərindən olan Fəzlullah Nəiminin məzarı da burada yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: