Ermənilər Moldovalı siyasi xadim Aureliya Qriqoriunu hədələyirlər

57

“Nikol Paşinyan ilk səfərini Dağlıq Qarabağa edərək Ermənistanın Azərbaycana qarşı seçdiyi aqressiv siyasətə və müharibə kursuna sadiq olduğunu nümayiş etdirdi”.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu bildirib. Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 95 illiyi münasibətilə və bir sıra tədbirlərə qatılmaq üçün Azərbaycana səfər edən xanım siyasətçi Ermənistandakı son hakimiyyət dəyişikliyinə münasibətində onu da  qeyd edib ki,  Ermənistan əhalisi dövlət siyasətinin dəyişməsi üçün yox, Serj Sarkisyanın istefası uğrunda mübarizə aparırdı. Ermənistanda sadəcə bir qrup oliqarxı digər qrup əvəz edib. Nikol Paşinyan baş nazir seçilən kimi Azərbaycanı hədələməyə başladı. O, ilk səfərini Dağlıq Qarabağa edərək Ermənistanın Azərbaycana qarşı seçdiyi aqressiv siyasətə və müharibə kursuna sadiq olduğunu nümayiş etdirdi.

Qeyd edək ki, hələ 2013-cü ildə Moldovanın  Ombudsmanı kimi Aureliya Qriqoriu Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməkdə günahlandırıb. Bundan sonra isə  erməni lobbisi bu cəsarətli xanım siyasətçini izləyərək təhdid edib. Bu məsələyə də toxunan Aureliya Qriqoriu bildirib ki, ermənilərin  ona qarşı təqibləri dayanmır və hələ də davam edir.  “ Hazırda Moldova məhkəməsində erməni icmasının iddiasına baxılır. Bu iddiada mənim kütləvi informasiya vasitələrində erməni xalqının qarşısında üzr istəməyim və məndən “şərəf və ləyaqətin təhqiri üçün” 2500 avro məbləğində cərimə tutulması tələb edilir. Son illər uydurma motivlərə əsasən hüquq-mühafizə orqanları məni daim cinayət məsuliyyətinə cəlb etməyə cəhd edirlər. Bir qayda olaraq, bu, erməni icmasının güclü olduğu regionlarda baş verir. Mənim və ailə üzvlərimin telefonlarına gələn təhqiredici mesajların məzmunu o qədər çirkindir ki, nəzakətli insanlar üçün onları nəinki dərc etmək, hətta oxumaq belə ürəkbulandırıcıdır ”- deyə xanım Aureliya Qriqoriu  qeyd edib.

                                                                                Səməd Canbaxşiyev

Naxçıvan televiziyası

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: