Mayın 10-da dünyaya gələn ilk oğlan uşağına Heydər adı qoyulub

70

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunduğu gün-mayın 10-u Naxçıvan Doğum Mərkəzində 14 uşaq dünyaya gəlib. Onlardan 8-i oğlan, 6-sı qız uşağıdır.

Ümummilli liderə hörmət və ehtiram əlaməti olaraq Şahbuz şəhərində yaşayan Fərzəliyevlər ailəsi dünyaya gələn ilk oğlan övladlarına Heydər adı veriblər. Balaca Heydərin dünyaya  gəlişi ailə üzvlərinə sevinc, xoşbəxtlik gətirib.

Hər bir ailənin ən böyük arzusu övlad dünyaya gətirmək, onu böyüdüb boya-başa  çatdırmaqdır. İnanırıq ki,  məhz həmin gündə dünyaya gələn bu uşaqlar da ulu öndərin adına layiq  əsl vətənpərvərlər  kimi böyüyəcəklər.

Kəmalə Əliyeva

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: