NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Tivi kəndinin sakinləri Məhəmmədəli və Fatmanisə Sultanovlar evliliklərinin ildönümünü qeyd ediblər.
98 yaşlı Məhəmmədəli Sultanov və 90 yaşlı Fatmanisə Sultanova 72 il əvvəl ailə qurublar. Onların 25 nəvəsi, 32 nəticəsi və 2 kötücəsi var. Uzunömürlü ailənin evliliyinin qeyd olunması münasibətilə keçirilən tədbirə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da qatılıblar.Tədbir iştirakçıları Sultanovları təbrik edib,onlara uzun ömür, cansağlığı arzu ediblər.
Sonda uzunömürlü ailəyə hədiyyələr verilib.
Kəmalə Əliyeva
NTV xəbər