Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, gənc əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza və digər qanunlara ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içiblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev xidmətə yeni başlayan əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda xidmətin gənc əməkdaşları Dövlət Bayrağı Muzeyindəki eksponatlarla tanış olublar.
Mətin Abbaslı
NTV xəbər