Yeniyetmə gimnastlarımızın daha bir uğuru

67

İspaniyanın Quadalaxara şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, son günlər uğurlu çıxışları ilə yadda qalan yeniyetmə gimnastlarımız bu turnirdən də əli boş qayıtmırlar. Belə ki, komanda hesabında təmsilçilərimiz Nərminə Səmədova və Arzu Cəlilova ümumi hesaba 88.550 xal yazdırmaqla 3-cü pilləyə yüksəliblər və turnirin bürünc medalına layiq görülüblər.

Sıralamada 4-cü yerdə də 86.950 xalla digər Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan qərarlaşıb.

Qızlarımız fərdi final yarışlarında da mübarizə aparıblar. Nəticələrə əsasən, Arzu Cəlilova gürzlərlə 4-cü, lentlə isə 7-ci olub. Luzan isə halqa ilə çıxışına görə 6-cı yerdə qərar tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: