Azərbaycanın Pakistandakı səfiri ölkənin federal ticarət naziri ilə görüşüb

85

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal ticarət naziri Pərviz Maliklə görüşüb.

Bu barədə NUHÇIXAN-a İslamabaddakı səfirlikdən bildirilib.

Görüşdə iki ölkə arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin inkişafı, iqtisadi və ticari əlaqələrin daha da artırılması perspektivləri, mövcud potensialdan səmərəli istifadə olunması haqqında müzakirələr aparılıb. Əlaqələrin inkişafında hər iki ölkənin müvafiq iqtisadi qurumları ilə yanaşı iş adamlarının da önəmli rolunun olduğu qeyd olunaraq biznes forumların və işgüzar görüşlərin intensivləşdirilməsi, ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində səylərin artırılması haqqında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında 2017-ci ildə yaradılmış İqtisadiyyat və Ticarət üzrə birgə İşçi Qrupunun ilk iclasının Bakıda keçirildiyi vurğulanaraq növbəti iclasın İslamabadda təşkil olunması imkanları da görüşdə müzakirə olunub.

Səfir Əli Əlizadə Azərbaycanda iş adamları, xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye şəhərcikləri, investisiya parkları, istehsal müəssisələri və digər iqtisadi və ticari imkanlardan Pakistanlı iş adamlarının yararlanması, eləcə də Pakistanın təklif etdiyi imkanlardan azərbaycanlı sahibkarların istifadə etməsi üçün səfirliyin səylərini artırdığını vurğulayıb.

Həmçinin qarşılıqlı səfərlərin həyata keçirilməsi və müqavilə-hüquq bazasının artırılması haqqında da fikirlər bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: