Əlyazmalar fondu zənginləşib

66

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu Naxçıvan Muxtar Respublikasında əlyazmaların toplanması ilə bağlı ekspedisiyalarını davam etdirir.

NUHÇIXAN xəbər verir ki, fondun əməkdaşları Ordubad rayonundan əldə edilən  4 adda əlyazma və 6 adda qədim çap kitablarının üzərində ilkin tədqiqat işləri aparıblar.

Toplanılan materiallar arasında Sədi Şirazinin əxlaqi-didaktik mövzuda fars dilində “Gülüstan”, azərbaycanca nəstəliq xətti ilə “Rüstəmnamə”, fars dilində nəstəliq xətt ilə “Məntiq”, Abbas ibn-Qulu ibn-Mehdi xan tərəfindən farsca qələmə alınan “Gülşəni-əttar”, Bəhaəddin Məhəmməd ibn-Sərməndinin fars dilində yazdığı “Tənbihətul-qafilin” adlı əlyazma və qədim çap kitabları var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: