NASA Yunanıstan sahillərində Kolumbos sualtı vulkanını tədqiq edəcək

507

NASA Egey dənizindəki Santorun adasında Kolumbos sualtı vulkanı ətrafına tədqiqat ekspedisiyası təşkil edəcək. Bu barədə “Kathimerini” qəzeti məlumat yayıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 2019-cu ilin yazında Yunanıstanın iştirakı ilə keçiriləcək ekspedisiyanı NASA maliyyələşdirəcək. Söhbət növbəti 10 ildə Yer planetindən kənarda, məsələn, Saturnun və Yupiterin təbii peyklərində tədqiqat üçün istifadə ediləcək yeni texnologiyaların hazırlanmasından gedir. Bu məqsədlə NASA xüsusi sualtı aparatların köməyi ilə yeni tədqiqat metodunu sınaqdan keçirmək istəyir. Bunu isə ilkin mərhələdə yalnız Yer planetində reallaşdırmaq mümkündür.

Yupiterin Avropa peykinin səthi 10-30 kilometr arasında buzla örtülüdür. Onun altında 20-30 kilometr dərinliyi olan okean yerləşir. Saturnun Enkelad peykinə gəldikdə isə NASA “Cassini” zondunun vasitəsilə müəyyənləşdirib ki, orada peykin səthini örtən buzun altında nəhəng okean mövcuddur.

Hazırda alimlərin qarşısında duran əsas problemlərdən biri ondan ibarətdir ki, Yerdən ötürülən siqnalı kosmosda digər planetdəki sualtı robotlaşdırılmış aparat çox gec qəbul edir. Ona görə də naməlum və potensial olaraq təhlükəli mühitdə aparata “müstəqil düşünməyə” imkan verən texnoloji yollar axtarılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: