Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək! - VİDEO

79

Efirlərdə ürəkləri ehtizaza gətirən bir musiqi səslənir:

Nə qədər Azərbaycan,

Nə qədər bu millət var

Heydər xalqım deyəcək

Xalq Heydər söyləyəcək!

Deyirlər musiqi hissləri notlar vasitəsilə əks etdirən elə bir qüvvədir ki, onun təsiri ilə özünü birdən-birə göyün yeddinci qatında da təsəvvür edə bilərsən, lap elə yerin də. Qısaca, o, böyük təsir gücünə malikdir.

Xüsusilə də xalq üçün xidmətləri olan çox insana qoşulan şeirlər, bəstələnən mahnılar. Hər bir xalqın öz qəhrəman oğullarına həsr etdiyi nə varsa, həmişə sevilib, qorunub, gələcək nəsillərə ərməğan edilib. Elə bu mahnı kimi. Hər ifa olunduqca qəlbimizin telləri titrəyir. Deyərdim ki, dahi insanı ən gözəl duyğularla ifadə edə biləcək ən yaxşı nəğmədir  musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan “Xalq Heydər söyləyəcək” mahnısı. O mahnı ki, bu gün yaşından asılı olmayaraq hər bir azərbaycanlının dilinin əzbəridir.

Ruhun bizimlə, səsin bizimlə, bizə miras etdiyin məsləhətlərin bizimlə, adına yazılmış şeirlər bizimlə, nəfəsini hiss etdiyimiz nəğmələr bizimlə. Elə ulu öndər özü də bizimlədir, Azərbaycan durduqca o da bizimlə olacaq. O Azərbaycan ki, ümummilli lider qurub. Elə qurub ki, daim yaşayacaq. Deməli Heydər Əliyev də daim yaşayacaq.

 Xalq xilaskarını tanıyır, onu hər an qəlbində yad edir. Bu gün kiçiyindən tutmuş yaşlısına qədər hamı fəxarət hissi ilə ziyarət edir səni, böyük minnətdarlıqla xatırlayır. Xalqımız bir tərəfdən Səni bizə bəxş etdiyi üçün Tanrıya dərindən şükür edir, bir tərəfdən də bizdən ayırdığı üçün təəssüf hissi keçirir.

Heydər Əliyev bizə Tanrının mükafatıdır.

Sənin adınla bağlı

    Bu xalqın hər zəfəri.

Bu gün Azərbaycanda yeni nəsil böyüyür. Səni sağlığında görməyən nəsil. Sadəcə eşitdikləri ilə səni tanıyır bu nəsil. Amma fərq etməz, onlar eşitdikləri ilə də öz təmiz  qəlblərində Sənə bir sevgi yaradıblar. Nə xoş Sənin halına ki, hər ürəkdə bir sevgi payın var. Ürəkdə yaşayan insanlar heç ölərmi? Ölməz, ölməyəcək də. Sənin kimi!

Sənə halaldır halal

 Ülvi məhəbbətimiz.

Sən də halal et bu xalq üçün etdiklərini, həyata keçirdiklərini, ən əsası isə bu millətin hər bir nümayəndəsinə verdiyin sevgini, o sevgini yaşatdığın qəlbini.

Biz başı dik gəzməyi səndən öyrənmişik. Müstəqil, güclü bir millətin oğul və qızlarıyıq. Gözümüzdəki yaşımı soruşursan? Heç, sadəcə ürəkdən gələn hisslərin gözlərə əks olunduğu andır o. Amma bəlkə də göz yaşlarından  daha təsirli, daha da içdən gələn bir an idi azyaşlı bir uşağın büstünün qarşısında durub pıçıltıyla “Darıxır bu dünya nəfəsin üçün, qəlbləri fəth edən o səsin üçün”   deməsi!

Fatma BABAYEVA

Naxçıvan televiziyası

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: