Muxtar respublikada 383 növdə məhsul istehsal olunur

272

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında nazir Famil Seyidov 2018-ci ildə görülən işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələr barədə  çıxış edib.

Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində  2018-ci ildə muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülüb,  49 istehsal və xidmət sahəsi istifadəyə verilib. 10 layihə özəl investisiya, 2 layihə isə dövlət maliyyə dəstəyi  olmaqla 12 layihənin icrası davam etdirilir.

Diqqətə çatdırılıb  ki, həyata keçirilən iqtisadi tədbirlərin nəticəsində  hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir .

Özəl sektora dövlət dəstəyinin gücləndirilməsinə də toxunan iqtisadiyyat naziri bildirib ki, iş adamlarının iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 27 layihənin maliyyələşdirilməsinə 6 milyon 131 min manatdan çox güzəştli kreditlər ayrılıb, bu kreditlərin 5 milyon 420 min manatı sənayenin, 711 min manatdan çox hissəsi isə kənd təsərrüfatının inkişafına yönəldilib.

Muxtar respublikanın xarici iqtisadi əlaqələrindən də bəhs olunaraq bildirilib ki, son illər muxtar respublika iqtisadiyyatının çoxşaxəli inkişafı yerli istehsal məhsullarının ixracı imkanlarını yaxşılaşdırıb, xarici ticarət əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 4 milyon 959 min manat dəyərində 3 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədinin verilməsi, 13 halda ixrac əməliyyatı üzrə 42 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini verib.

Ötən müddət ərzində yol verilən nöqsanlar da diqqətə çatdırılıb və onların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Məruzə ətrafında çıxışlar edilib.

Sonda Nazirliyin   2019-cu ilə aid İş Planı təsdiq olunub.

Cavid Səfərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: